Hazır eynəkmi alsam, optikada sifarişləmi hazırlatsam?

Hazır eynəkmi alsam, optikada sifarişləmi hazırlatsam?

müəllif: Nicat İslamov, Gilas Optic şəbəkəsinin satış üzrə direktoru

Hazır eynəklər hər hansı görmə zəifliyi yaşayan adamlar üçün çevik həll yoludur. Bununla belə, onların istifadəsi tövsiyə edilmir . Hazır eynəklər standart parametrlərlə hazırlanır , istifadəçinin şəxsi xüsusiyyətləri nəzərə alınmır. Reseptlə uyğun olmayan dioptrilər (göz ölçüləri) və ya standart bəbəklər arası məsafə görmənin pisləşməsinə, baş ağrılarına, göz yorulmasına və bu kimi başqa problemlərə səbəb olur.

Optik eynək fərdi bir aksesuar olmalıdır – ölçülərinizə ideal uyğunlaşmalıdır, üz quruluşunuzla ahənglik yaratmalıdır. Ona görə də, bu məsuliyyəti peşəkarlara və mütəxəssislərə həvalə etməyimiz mütləqdir .

Bu məqalədə “Niyə hazır eynək taxmamalıyıq?” sualına cavab axtaracağıq. Getdik:

HAZIR EYNƏKLƏRİN MƏNFİ VƏ MÜSBƏT TƏRƏFLƏRİ

Hazır eynəyin ilk və yeganə müsbət tərəfi – itirilmiş və ya sınmış eynəyin müvəqqəti əvəz edilməsi ola bilər. Bu hallarda belə, eynəyinizi tez bir zamanda sifarişlə hazırlatmaq mümkündür. Sirr deyil ki, müxtəlif optika salonlarının nəzdində usta emalatxanaları fəaliyyət göstərir və sifarişinizi yarım saat ərzində hazırladıb təhvil ala bilərsiz.

Təsadüfi hazır eynək almaqla gözlərinizin sağlamlığını riskə atmaq məcburiyyətində deyilsiniz. Bu eynəklərin bir çox mənfi cəhətləri var. Gəlin elə bu haqda danışaq :

  1. Uyğunsuz dioptrilər (dptr). Adətən istehsalçılar ölçüləri eynəyin üzərində göstərir. Amma əksər hallarda bu göstəricilər real ölçünü əks etdirmir. Adətən 0.25 , bəzən isə hətta 0.50 dptr fərq aşkar edilir iki eynəkdən birində.

Əksər insanların sağ və sol gözləri bir birindən fərqli ölçülərlə korreksiya edilir, hər bir gözə özəl dioptrilər təyin edilir. Belə hallarda hazır eynək istifadəsi qəti qadağandır. Bu, həmçinin, astiqmatlı gözlərə də aiddir. Onlara xüsusən özəl seçilmiş silindrik optik şüşələr təyin edilməlidir.

Yanlış seçilmiş dioptrilərin nəticəsi acınacaqlıdır:

  • Gözlərin sürətlə daha da zəifləməsi

  • Gözdə qızartılar

  • Baş ağrıları

  • Göz sulanması və gözdə ağrılar

  • Bəzən arterial təzyiqin artması

Hazır eynək istifadə edib bu fəsadlarla qarşılaşdıqda mütləq həkim və ya optometristə müraciət edin.

  1. Uyğunsuz bəbəklər arası məsafə (PD). Hazır eynəklərdə PD standart olur – 62-64 mm. Bu məsafə sizə uyğun ola da bilər , olmaya da. İndividual göstəricilərdən artıq və ya əskik PD görmə komfortuna birbaşa təsir edən amildir.

  2. Aşağı keyfiyyətli optik şüşələr. Öncəliklə, bunu qeyd etmək lazımdır ki, hazır eynəklərdə yalnız sferik sadə optik şüşələr olur. Bu tip şüşələr yüksək ölçülərdə periferik görmə bucağını daraldır, mərkəzdən kənarlara doğru bulanıqlığı artırır. İkinci bir məqam, şüşələrin polimer tərkibi, yəni xam maddəsi keyfiyyətsiz olur, istifadəçilərə bir çox maneələr yaradır – işıq keçiricilik düşür, şüşələr tez çirklənir, zədələnmə ehtimalı böyüyür.

  3. Keyfiyyətsiz çərçivə. Hazır eynək alarkən, çərçivə seçimi adətən məhdud olur. Lazımi dioptrilərimizi tapdıqda, təqdim edilən standart çərçivədə istifadə etmiş oluruq. Eynəyi sifarişlə hazırlatdığımız təqdirdə isə, əvvəl üz quruluşumuza, zövqümüzə uyğun çərçivə seçilir , sonra isə ona şüşələr montaj edilir.

 

Yuxarıda hazır eynəklərdə ən çox rastlaşdığımız çətinlikləri təsvir etdik. Bu eynəklərin hansı şəraitdə, kimlər tərəfindən kütləvi istehsal edildiyi naməlum məsələdir. Unutmayaq ki, istifadə etdiyimiz və ya edəcəyimiz eynəklər ilk öncə tibbi aksesuardır. Sağlamlığımız naminə mənşəyi bilinməyən məhsullardan uzaq durmalı, bu işdə bizə yardım edəcək peşəkar mütəxəssislərin rəylərinə və tövsiyələrinə əsaslanmalıyıq.

Geriyə nəzər salsaq , məqaləmizi maraqlı sual ilə başlamışdıq: Hazır eynəkmi alsam , optikada sifarişləmi hazırlatsam? Yəqin ki, bu suala hər kəs fərdi cavab axtaracaq. Hər bir halda, bizim mövqeyimiz dəyişməz olaraq qalacaq – eynəyinizi , ən kiçik büdcəli belə olsa , sifarişlə hazırladın. Yalnız bu halda görmənizin bütün parametrləri nəzərə alınacaq, korreksiyanıza uyğun ən optimal şüşələr montaj ediləcək, üz quruluşunuza tam şəkildə adaptasiya olunan çərçivə seçiləcək.

Gilas Optic şəbəkəsinin hər filialında istədiyiniz növ optik eynəkləri sifariş edib hazırlatdıra bilərsiniz. Biz işimizdə müasir texnologiyalardan istifadə etməklə yanaşı dünyanın aparıcı optik şüşə və çərçivə istehsalçıları ilə əməkdaşlıq edirik. Bütün məhsullar sertifikatlaşdırılmışdır və keyfiyyət standartrlarından keçmişdir.

Optik eynəklərin hazırlanması iki kateqoriya üzərindən aparılır :

  • Standart ölçülü sifarişlər – bir gün ərzində hazırlanıb təhvil verilir

  • Mürəkkəb dizaynda və fərdi istəkləri nəzərə alan sifarişlər – 21 iş günü ərzində , xüsusi FreeForm texnologiyalarla hazırlanan individual (RX) şüşələr

Sifarişi tamamlamadan öncə mütəxəssislərimiz görmə qabiliyyətinizi hərtərəfli kontroldan keçirəcək, eynək seçiminizi rahat və güvənli etməyə yardımçı olacaq.

Sizi mağazalarımızda görməyə şad olarıq !