“Antiblik” dediyimiz şüşələr qoruyucudurmu?

“Antiblik” dediyimiz şüşələr qoruyucudurmu?

müəllif: Nicat İslamov - Gilas Optic şəbəkəsinin satış üzrə direktoru

Bir çoxumuz kompüterdə və smartfonlarda uzun müddət işləyərkən yorğunluq, yuxulama və göz quruması sindromu yaşayırıq. Buna təkcə yorucu iş deyil , həm də ekrandan gələn parıltı (blik) səbəb olur. Yoğun iş gününün sonunda qeyd edilən parıltı və ekran titrəmələri səbəbindən gözlər həddindən artıq yüklənir , görmə qabiliyyətinin aşağı düşməsi müşahidə edilir. Anti-blik şüşələr bu parıltını, yansımanı azalda bilir, amma zərərli mavi şüalardan qoruyurmu? Gəlin elə bu haqda danışaq.

 

ÖZƏLLİKLƏRİ

"Anti-blik" -  şüşənin üzərində olan xüsusi örtükdür. Onun əsas özəlliyi – günəşdən və ya ətrafdan gələn işıq yansımalarını azaltmaq, parıltıları şüşənin səthində reflektor qaydada səpələyib kontrastlı görüntü təmin etməkdir. Qeyd edilən reflekslər azaldıqca, şüşənin səthi daha çox işıq keçirməyə meylli olur. Buna görə də bu tip örtüklərə bəzən anti-refleks və ya işıq keçirici təbəqə də deyilir. İstehsalçıdan və texnologiyadan asılı olaraq bu tip örtüklər şüşənin üzərində əsasən yaşıl, mavi və firuzəyi rənglərlə əks olunur.

Anti-blik (anti-refleks) örtükləri şüşənin üzərinə nə qədər çox işlənilərsə, şəffaflıq və görmə komfortu o qədər artar. Müxtəlif orijinal şüşələrdə bu örtüklərin sayı 3 qatdan 8 qata qədər dəyişə bilir. İşığın hər tərəfdən eynəyə təsir etməsini nəzərə alaraq bu örtüklər şüşənin iki səthinə də ( daxili və ön) işlənilməlidir.

Müsbət tərəfləri

  • Göz qamaşdıran parlaqlığı aradan qaldırır

  • Lampa, fənər və digər elektrik cihazlardan gözə gələn kəskin təsiri azaldır

  • İşıq keçiriciliyini artırır

  • Kontrastı (rəng dolğunluğu) təmin edir

  • Eynəyin estetik görünüşünü saxlayır

 

ANTİ-BLİK YOXSA POLAROİD?

Bəzən bu iki texnologiya arasında bərabərlik işarəsi qoyulur. Ancaq bu tam da doğru sayılmaz. Hər ikisi parlaqlığı, yansımanı azaltsa da, bunu fərqli məzmunlarda edirlər. Gəlin müqayisə edək:

Anti-blik örtüyün əsas iş prinsipi şüşənin səthində işıq şüalarını bir yerə toplayaraq işıq keçiriciliyini artırmaqla görmə qabiliyyətini yüksəltməkdir. Bu örtük həm də şüşənin şəffaflığını artırır və kontrastlı baxış təmin edir. Anti-blik eynəkləri həm gündüz,həm də gecə istifadə etmək mümkündür.

Polaroid şüşələri əsasən hamar səthlərdən (qar, su örtüyü, yaş asfalt və s.) gələn parıltını sındırmağa, azaltmağa meylli xüsusi texnologiyadır. Bu da öz növbəsində, birbaşa şüşənin işıq keçiriciliyinə təsir edən amildir.Bu eynəklərin günün qaranlıq vaxtlarında və kompüterlə iş üçün istifadəsi tövsiyə olunmur.

Bəs sizin üçün ən doğru seçim hansı olar? Bu sualın cavabını ixtisaslaşmış optik salonlara müraciət edərək peşəkar məsləhətçilərdən ala bilərsiniz. Onlar xüsusi cihazlarla sizə hər iki örtüyü nümayiş etdirəcək və ən uyğun tövsiyələri verəcəklər.

 

ANTİ-BLİK NƏ ZAMAN VƏ KİMLƏRƏ TƏYİN EDİLİR?

Yüksək ölçülü şüşələrin fiziki sındırma qüvvəsinin daha aşağı olmasından dolayı, gözə ötürülən işığın həcmi azalır, rənglərin ahəngi pozulur. Anti-blik texnologiyası bu tip problemləri aradan qaldırır, yüksək göz ölçülü eynək istifadəçilərinə şəffaf və tarazlı görməni təmin edir.

Bu örtüklər, həmçinin kompüter və ağıllı telefon ekranlarının göz qamaşdırıcı effektini azaldaraq istifadəçiyə daha rahat və gözü yormayan iş mühiti yaratmağa kömək edir.

Anti-blik örtüklü eynəklər sürücülər üçün də tövsiyə olunur. Bu texnologiya küçədəki fənərlərdən, qarşıdan gələn avtomobil işığından, reklam lövhələrindən gələn kəskin işıq şüalarını tənzimləyərək həm gecə,həm gündüz daha aydın görməyə imkan yaradacaq.


SEÇİM EDƏRKƏN NƏLƏRƏ DİQQƏT YETİRMƏLİYİK?

Anti-blik şüşələr şəffaf olur. Bununla belə, görüntü kontrastını artırmaq məqsədi ilə şüşələrin üzərinə müxtəlif rəng çalarları əks etdirilir – firuzəyi, mavi ,yaşıl və sair. Nəticə etibarı ilə, qeyd olunan rəng çalarları həm kəskin işıq təsirini azaldır, həm də şüşənin daha estetik görünməsini təmin edir.

Anti-blik təbəqəsinin daha uzunömürlü qalması üçün əksər hallarda şüşələr əlavə qoruyucu örtüklərlə təchiz edilir. Məsələn, xüsusi sərt örtük hesabına şüşənin cızılma və zədələnmə ehtimalı azalır. Və yaxud, su itələyici örtük hesabına şüşənin üzərindəki hər hansı mayə damcı şəklinə salınaraq rahat sürüşüb axması təmin edilə bilir.


HARDAN ƏLDƏ EDƏ BİLƏRƏM?

 Bu tip anti-blik örtüklü eynəkləri yalnız peşəkar optikalardan sifarişlə əldə etmək mümkündür. Müxtəlif internet səhifələrindən, qeyri-peşəkar satış obyektlərindən alınan mənşəyi bəlli olmayan eynəklər nəinki faydasız, həm də sağlamlığınıza zərərli ola bilər.

Gilas Optic şəbəkəsinin hər filialında siz həm optik , həm profilaktik təyinatlı anti-blik şüşələri peşəkar mütəxəssislərin dəstəyi ilə əldə edə bilərsiniz.

Ödənişsiz oftalmoloq müayinəsi üçün qeydiyyat linkdə